Ağstafa xəsarətlə nəticələnən rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayon mərkəzi hissələrindən birində baş verib. İki avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Onlardan Ağstafa rayon Həsənsu kənd sakini, 1960-cı il təvəllüdlü Əkbər Vəliyev xəstəxanaya aparılıb. Digər yaralı isə xəstəxanaya getməkdən imtina edib.
Faktla bağlı araşdırmalara başlanılıb.