Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ağstafada kişini maşın vurub öldürüb
Ağstafada piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonda yerləşən restoranların birinin qarşısında qeydə alınıb.
Hərəkətdə olan VAZ-2106 markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü E.Rzayevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Piyada ölümü" teqi üzrə xəbərlər
Ən çox oxunanlar