Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəmkirdə iki nəfər qidadan ZƏHƏRLƏNDİ
Şəmkir rayonu, İmişli kəndində iki nəfər qidadan zəhərlənib.
Oxu.Az xəbər verir ki, kənd sakinləri - 1968-ci il təvəllüdlü Arzuman Hidayət oğlu Məmmədzadə və 1982-ci il təvəllüdlü Mayisə Cabir qızı Bayramovanın pomidor turşusundan zəhərləndikləri ehtimal olunur.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, zəhərlənən şəxslərin müalicələri davam etdirilir:
"Martın 14-də saat 10:30-da 1968 və 1982-ci il təvəllüdlü iki nəfər (biri kişi, digəri qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir".
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, hadisənin səbəbləri araşdırılır:
"Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".
Aygün Mirakif
"Qida zəhərlənməsi" teqi üzrə xəbərlər
- "Venesiya" şadlıq sarayındakı toyda zəhərlənən müğənni danışdı: "Ölümdən qayıtdım"
- Kütləvi zəhərlənmənin qeydə alındığı şadlıq sarayının administratoru danışdı: "Səbəb bizə də maraqlıdır"
- Gəncədə qidadan zəhərlənən şəxslərin SON VƏZİYYƏTİ AÇIQLANDI
- Vitamin, yoxsa zəhər? - Vaxtından əvvəl yetişdirilən meyvələrin TƏHLÜKƏLƏRİ
- Gəncədə zəhərlənən şəxslərin vəziyyəti AÇIQLANDI