Bakının Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında kütləvi qida zəhərlənməsi baş verdiyi iddia olunur.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mikayıl Əliyev küçəsi, 131 ünvanında yerləşən restoranda qeydə alınıb.
Məlumata görə, restoranda təxminən 34 əlilliyi olan şəxsin iştirakı ilə toplantı keçirilib. İştirakçılardan 14-ü qidadan zəhərləndiyini bildirib.
Onlardan beşinin vəziyyəti ağır olduğundan xəstəxanaya aparıldığı qeyd olunur.
Hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.