Türkiyənin Siirt vilayətində 25 nəfər qidadan zəhərlənib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, hadisə Kurtalan rayonunda qeydə alınıb. İaşə obyektində yemək yeyən şəxslərdə az sonra ürəkbulanma, qusma və qarınağrısı əlamətləri müşahidə olunub.
Zəhərlənənlərdən 12-si şagirdlər, onların valideynləri və başqa sakinlərdir. Zərərçəkənlər ətrafdakı xəstəxanalara yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12