Ağstafa rayonunun Dağ Kəsəmən kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un məlumatına görə, minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində Ağstafa rayon sakini, 1963-cü il təvəllüdlü Azad Mehdiyev və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.