Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağstafa rayonu, Saloğlu kəndində bir nəfərin intihar etmək məqsədilə işıq dirəyinə çıxması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1976-ci il təvəllüdlü H.İbrahimov işıq dirəyinə çıxaraq intihara cəhd edir.
Əraziyə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq onu intihar niyyətindən çəkindirib və yüksəklikdən endirərək aidiyyəti üzrə təhvil veriblər.
18:46
Ağstafada sərxoş vəziyyətdə intihar etmək istəyən şəxsi polis xilas edib.
Oxu.Az xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsinə rayon ərazisində 1976-cı il təvəllüdlü Soyuqbulaq kənd sakini Həsən İbrahimovun 13 metr hündürlüyündə dəmir konstruksiyadan özünü yerə atmaq istəməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.
Vətəndaş təhlükəsiz şəkildə aşağı düşürdülüb.
Ağır dərəcəli sərxoş olan şəxs hər hansı bur xəsarət almayıb.