“Seminarda insanlara mühüm mesajlar verəcəyəm”.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında türkiyəli iş adamı Acun İlıcalı deyib.
O, seminarda xatirələrindən bəhs edəcəyini dilə gətirib:
“Allah mənə hər kəsə nəsib etməyən şeyləri verdi. Keçmişimdə çox acı var. Acılarımın ağırlığı uğurlarımdan daha çoxdur. İnsanlara çox mühüm mesajlar verəcəyəm. Çünki həyatın iki tərəfini yaşamışam, həm dibini, həm də zirvəsini görmüşəm. Seminarda xatirələrimdən bəhs edəcəyəm. Mən müxbirlik həyatımdan sonrakı hissəni danışacağam”.
A.İlıcalı sonda Azərbaycan ilə bağlı planlarından da söhbət açıb:
“Azərbaycanla bağlı layihələr düşünürük. Layihələr olmasını istəyərəm. Çox istəyərəm ki, burada bir şou proqram edək. “Survivor”un yarımfinalını Azərbaycanda təşkil edə bilərik. Niyə də olmasın? Burada həm yaxşı insanlar çoxdur, həm də bizə böyük maraq var”.
19:32
“Sanki öz vətənimdəyəm”.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında türkiyəli iş adamı Acun İlıcalı deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan iki dövlət bir millət olduğunu dəfələrlə nümayiş etdirib:
“Azərbaycanlı qardaşlarımızın diqqətini hər zaman hiss edirəm. Aramızdakı bağlılığı bilirəm və sanki öz vətənimdəyəm. Tarix boyu çətin günlər yaşadıq. Lakin iki dövlət bir millət olmağı bacardıq, ağır sınaqlardan keçdik”.
Bakıya ikinci dəfədir gəldiyini söyləyən A.İlıcalı bundan sonra ölkəmizi tez-tez ziyarət edəcəyini qeyd edib:
“Hesab edirəm ki, buranı daha çox ziyarət etməliyəm. Mənə olan sevginin qarşılığını verməliyəm. Çünki mən də azərbaycanlı qanı daşıyıram. Atamın anası azərbaycanlıdır. Azərbaycana bağlılığım da buradan qaynaqlanır. Uşaq yaşlarından Azərbaycanı sevirəm”.
19:11
Bu gün türkiyəli iş adamı Acun İlıcalı Bakıya səfər edib.
Oxu.az xəbər verir ki, türkiyəli iş adamı səfər zamanı ilk olaraq Fəxri xiyabanda ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Qeyd edək ki, iş adamının bu gün İnnovativ inkişaf və fürsətlər seminarı baş tutacaq.
Nəzrin Vahid