Ağstafada yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşib.
“Report”un məlumatına görə, minik avtomobili ilə avtobusun toqquşması nəticəsində, Tovuz rayon Cəlilli kənd sakini, 1970-ci il təvəllüdlü Səringül İsfəndiyar qızı Abbasova hadisə yerində dünyasını dəyişib.
Daha 3 nəfər, Tovuz rayon Cəlilli kənd sakinləri, 1969-cu il təvəllüdlü Bəsdi Firqələr qızı Məmmədova, 1969-cu il təvəllüdlü Saxavət İsfəndiyar oğlu Məmmədov və 1993-cü il təvəllüdlü Fuad Sübhan oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
22:10
Ağstafada toydan qayıdanlar avtomobil qəzasına düşüb, ölən və xəsarət alanlar var.
“Report”un məlumatına görə, avtomobil qəzasında bir nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.