Ağstafa şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, noyabrın 12-də saat 05:00 radələrində Ağstafa şəhərinin ərazisində Şəmkir şəhər sakini Vüqar Vəliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən şəhər sakini Bayraməli Hüseynəliyevi vurub.
Piyada hadisə yerində ölüb.
Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.