Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ağsu aşırımında yağışdan sonra sürüşmə olub
"Son günlərdə yağan intensiv yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımı ərazisindən keçən hissəsində sürüşmə olub".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sözçüsü Anar Nəcəfli deyib. O bildirib ki, hadisə yerinə AAYDA-nın əməkdaşları cəlb olunublar və sürüşmənin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb, yol boyunca avtomobillərin hərəkəti tam bərpa olunub.
"Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımı ərazisindən keçən hissəsi aktiv sürüşmə zonasında yerləşir və ərazidə xüsusilə intensiv yağıntılardan sonra torpaq sürüşmələri qeydə alınır. Ərazi daimi nəzarətdə saxlanılır və hər hansı problem yaranacağı təqdirdə operativ müdaxilə edilir", - deyə qurum rəsmisi bildirib.
Aləmdə Nəsib