Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan Prezidenti: "Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir"
"Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında səsləndirib.
Dövlətimizin başçısı bildirib: "Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq".
"İlham Əliyevin Macarıstan səfəri" teqi üzrə xəbərlər
- Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Macarıstana səfəri barədə videoçarx paylaşıb
- Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb
- Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
- TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb
- Budapeştdə TDT dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib