Yağan güclü yağış və ardınca gələn sel nəticəsində Ağsuçayda sululuq artıb. Nəticədə Şamaxının dağ kəndlərindən olan Qaleybuğurd, Qaladərəsi və Keşmədin kəndlərinə gedən avtomobil yolu tamamilə dağılıb.
Bu barədə Baku TV-nin hazırladığı videomaterialdada deyilir.
Belə ki, sürücülər müəyyən istiqamətdə hərəkət edə bilmir və yol bağlı hesab edilir.
Ağsuçayda suyun səviyyəsi qalxıb, Şamaxının dağ kəndlərinə gedən yol bağlanıb - VİDEO
Sakinlər bildirirlər ki, baş verən vəziyyət onlar üçün çətinlik yaradıb və maşınların bir çoxu rayon mərkəzinə gedə bilmir.
Hətta kəndlərə gələn turistlər də oranı tərk etməkdə çətinliklə üzləşirlər.
Qaynar xətt:
(055) 224 12 12