Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ağsuda iki yaşlı uşaq ölüb
Ağsuda 6 gün öncə avtomobil qəzasında xəsarət alan iki yaşlı uşaq ölüb.
APA xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhramtəpə yolunun Ağsu rayonu, Növcü kəndindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir rayon sakini Rəşad İlham oğlu Mustafayev özünə məxsus VAZ-2106 avtomobili ilə 26 iyul tarixində qarşısına iribuynuzlu heyvan çıxdığına görə qəza törədib, nəticədə Rəşad Mustafayevin oğlu 2022-ci il təvəllüdlü Mehrac Mustafayev ağır yaralanıb. İki yaşlı uşaq xəstəxanada həkimlərin göstərdikləri yardımlara baxmayaraq dünən ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Ən çox oxunanlar