Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Çaparlı kəndində baş verib.
Qəza zamanı “Qazel” və “VAZ 2107” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Bundan başqa, “Azəriqaz” İB-dən verilən məlumata görə, qəza zamanı orta təzyiqli qaz xətti də zədələnib.