Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ailə faciəsi: Körpələri vəfat edən ailənin azyaşlı qızları da yaşamaq uğrunda mübarizə aparır
5 yaşlı Cəmilə Ağamətova qan xərçəngindən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun atası Cəmil Ağamətov məlumat verib.
O qeyd edib ki, bir müddət əvvəl 3 yaşlı oğlu Emil bədxassəli şişdən dünyasını dəyişib:
"Allah heç bir valideyni övladı ilə sınağa çəkməsin. Oğlumu itirdim, amma qızımın yaşamaq şansı var. Xalqımdan xahiş edirəm, bizə əl tutsunlar. Cəmiləyə ilik nəql olunub. Donoru özüm olmuşam. Amma onun müalicələri davam edir. Hazırda Türkiyədədir. Cəmilənin ayaqları tutulub. Bizə ilkin xərcləri qarşılaya bilməyimiz üçün 30 min manat lazımdır".
Əlaqə nömrəsi: (070) 771-33-77.
"Kapital Bank": 4169 7388 2917 5201.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- 9-cu sinif şagirdinin anası: "Oğlum yalvarır ki, mənə kömək etsinlər, dözə bilmirəm"
- 17 yaşlı qızın dəstəyə ehtiyacı var: "İllərdir onu müalicələrlə həyatda tuturuq"
- Bir yaşlı Arzunun anası yardım diləyir: "Balamın addım atacağı günün xəyalları ilə yaşayıram"
- 20 yaşlı gənc qızın dəstəyə ehtiyacı var: "Bakıya qayıtmaq üçün pulumuz yoxdur"
- Bir yaşlı Banu təcili əməliyyat olunmalıdır