Aktaudan Bakıya uçmalı olan sərnişin hava limanında dünyasını dəyişib.
Oxu.Az qazax KİV-ə istinadən xəbər verir ki, hələ təyyarəyə minik başlamazdan əvvəl dördüncü dərəcəli serrozdan əziyyət çəkən 46 yaşlı qadının halı pisləşib və beynəlxalq hava limanının əməkdaşları ona təyyarəyə keçməyə icazə verməyiblər.
Təyyarə 20:00-da havaya qalxıb, 20:08-də isə yerdə qalan sərnişin ölüb.
Həkimlərin sözlərinə görə, belə diaqnozlu insanların uçması qəti qadağandır. Lakin görünür uzun müddətdir ki, Qazaxıstanda yaşayan qadın vətəni Azərbaycana gəlməyi çox istəyirmiş.