Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Binəqədi rayonunda döyüş sursatı aşkarlanmışdır. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş və aşkarlanmış sursata baxış keçirmişlər.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, müəyyən olunmuşdur ki, bu, partladıcısı olmayan, istifadəyə yararsız 2 ədəd F-1 markalı əl qumbarası və 2 ədəd UZRQM partladıcısıdır.
Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməmişlər. Əməliyyat saat 13:52-də başa çatmışdır.