Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayır.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun I mərhələsi 20 fevral-5 mart 2025-ci il tarixləri arasında aparılacaq.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı da 20 fevral-5 mart 2025-ci il tarixləri arasında həyata keçiriləcək.
Qeyd edək ki, ali məktəblərə qəbulun I mərhələsi hesab olunan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2-9 mart 2025-ci il tarixlərində keçiriləcək.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Bayram tətilinə görə imtahan nəticələri gec açıqlanacaq? - DİM cavab verdi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdinə qeydiyyat elan edildi
- Dilçilik İnstitutunda problem: IELTS alimlərə növbəti səviyyəyə adlamağa imkan vermir
- DİM sədri: "Rus bölməsi üçün Azərbaycan dili imtahanları da rəqəmsal formada təşkil ediləcək"
- Sürücülük vəsiqəsi imtahanları DİM tərəfindən keçirilə bilərmi?