Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Allah və insan arasındakı əngəl nədir? - Sosioloq Mail Yaqub izah edir
Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı sosioloq Mail Yaqubdur.
Proqramda onunla müsbət hisslərə köklənərək mənfiliklərdən xilas olmağın yolları, özünü, həyatı dərk etmək, bütün sahələrdə təhsilin önəmi kimi məsələlər ətrafında söhbət aparılıb. Sosioloq dinin insanlara doğru təqdim edilməməsindən bəhs edərkən "bir şeyi sevməməyimizin səbəbi onu tanımamağımızdır. Bəzən təbliğatçılar tərəfindən din o qədər qorxulu təqdim edilir ki, insanlar haqlı olaraq onu sevə bilmirlər" deyib.
"İnsanın Allaha doğru səyahətində ən böyük əngəl nədir?" sualını cavablandıran Mail Yaqub bildirib ki, maneələr haqqında nə deyilirsə, hamısı bəhanədir: "Bu yolda ən böyük əngəl hər zaman insanın özüdür".
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Qlobal enerji məsələləri Bakıda müzakirə edildi
- "Bu gün satılan narkotiklər insanı zombiyə çevirir" - Nail Kəmərli nələrlə üzləşdiyindən danışdı
- Sevgisi uğrunda özünü məhv edən ifaçının faciəsi: Səsi batdı, körpəsi öldü
- Bələdiyyə torpaqları ilə bağlı qanuna hansı dəyişiklik təklifi verildi?
- "Nəsimi" metrostansiyasının yanındakı "ölüm tələsi"