Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 21-də Səudiyyə Ərəbistanına səfərə gedəcək.
QMİ-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, səfərdə məqsəd İslam Aləmi Liqasının təşkilatçılığı ilə 22-24 fevral tarixlərində Məkkədə keçiriləcək “Terrorizmlə mübarizə” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.
30-dan artıq müsəlman dövlətinin din, elm və ictimai xadimlərinin qatılacagı tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək.
E.Ə.
www.oxu.az