Dünən Bakıda ailədaxili dava cinayətlə nəticələnib.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, fevralın 19-u saat 19 radələrində Gürcüstan vətəndaşları olan ailədə dava düşüb.
Xətai rayonu ərazisində yaşadıqları evdə ata 1970-ci il təvəllüdlü Məzahir Muxtarov, həyat yoldaşı 1973-cü il təvəllüdlü Sevil Mürsoqulova və qızı 1993-cü il təvəllüdlü Aysel bir-birlərini döyüb.
Aysel bıçaqla atasının dodaqlarını doğrayıb.
E.Ə.
www.oxu.az