Tovuz rayonunun Dönük Qırıqlı kənd sakini, 2013-cü il təvəllüdlü Məmmədov Elxan Orxan oğlunun üz nahiyəsindən və qıçından it dişləyib.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, uşaq yaralı halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona quduzluq əleyhinə peyvənd vurulub.