Məlumata görə, facebook istifadəçisi Səmədağa Ağalarov yazır ki, bu gün səhər Rusiyada yaşayan tovuzlu bir dostu ona təcili zəng vurub və bir xahiş edib:
“Dostum səhər tezdən zəng edib ki, uşaqlarını hava limanında qarşılayım, özü isə iki günə gəlir. Yuxuluydum, soruşdum ki, ay qardaş, kim rəhmətə gedib, nə olub, bu qaçhaqaçnan gəlirsiz? Cavab dəhşətliydi.
Deyir, “anam zəng vurmuşdu, dedi ki, deyəsən müharibə başlayır bala, Tovuzun kəndlərində atışmadı, gəlməsən, südümü sənə halal eləmərəm!... Bax belə anası olan kəndin, mahalın, camaatı haqqında gərək erməni olasan ki, yazasan “camaat qaçır!” (faktxeber)