Qəbələ sakini Günay İsmayılova beta-talassemiyanın ağır formasından əziyyət çəkən on yaşlı oğlu Amal üçün Media.Az-a kömək çağırışı ilə müraciət edib. Valideynlər uşağı sağaltmaq üçün axırıncı əmlaklarını da satıblar, lakin bu, heç bir nəticə verməyib. İndi onun bahalı sümük iliyi transplantasiyasına ehtiyacı var.
Körpənin həyatının ilk illərindən ailəsi onun səhhətində ciddi problemlərin olduğunu hiss edib: Amalın başı və qarnı böyüməyə başlayıb, dərisi parlaq sarı rəng alıb. Onu çox həkimə aparıblar, amma heç kim dəqiq diaqnoz qoya bilməyib.
“Oğlum artıq iki yaşında olanda qanda nəyinsə qaydasında olmadığı tibb bacısının diqqətini çəkdi. Dərhal hematoloji mərkəzə getdik. Orada bizə xəstəlik barədə məlumat verdilər və Talassemiya Mərkəzinə göndərdilər”, – deyə uşağın anası qeyd edib.
Günay İsmayılovanın sözlərinə görə, Amal burnu ilə nəfəs ala bilmir, həmçinin, tez-tez qan köçürülməsi də kömək etmir. Onun təcili sümük iliyi transplantasiyasına ehtiyacı var. Azərbaycanda transplantasiya yalnız qohumlardan mümkündür, amma oğlanın nə qardaşı, nə də bacısı var.
“Həyat yoldaşım da, mən də talassemiya daşıyıcısıyıq. Ona görə də mənə süni mayalanma etməyi məsləhət gördülər, çünki bu, sağlam uşaq dünyaya gətirmək şansını artırır. Bu məqsədlə yeganə mülkümüz olan bağ evini 30 min manata satdıq. Bütün məbləğ yalnız bir neçə prosedura xərcləndi. Lakin bunlar da alınmadı: döl ya kök salmadı, ya da ona talassemiya diaqnozu qoyuldu, ona görə hamiləliyimi sonlandırmalı oldum”, - G.İsmayılova deyir.
Əgər Amalın qardaşı və ya bacısı olsaydı (onun donoru olacaqdı), Talassemiya Mərkəzində pulsuz əməliyyat olunacaqdı. İsmayılovlar ailəsi üçün bu vəziyyətdə yeganə çıxış yolu Türkiyədən uyğun donor tapmaq üçün sorğu göndərmək olub. Xoşbəxtlikdən bu yaxınlarda müsbət cavab alsalar da, onunla birlikdə 83 min dollarlıq çek (141 100 manat) də var.
“Bizim bu qədər pulumuz yoxdur. Kirayədə yaşayırıq, mən evdar qadınam, həyat yoldaşım isə yük maşını sürücüsüdür. Ümidsiz vəziyyətdəyik və siz bizim son ümidimiz sizsiniz. Sizdən xahiş edirəm, mənim yeganə oğluma kömək edəsiniz, axı o, hələ çox balacadır...”, - deyə Amalın anası köməyə çağırır.
Media.Az-ın kollektivi biganə qalmayan hər kəsi İsmayılovlar ailəsinin probleminə həssaslıqla yanaşmağa və bacardıqca kömək etməyə çağırır.
Amalın atası Ramin İsmayılovla +994 70 498 08 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Maddi yardım Günay İsmayılovanın adına açılmış “Umico” bank kartına köçürülə bilər: 4169 7385 1532 4444.


