Anadangəlmə ürək qüsurlu əkiz qardaşlar - Hüseyn və Həsən Cəfərovlar təcili əməliyyat olunmalıdır.
Yoldaşı hərbçi olan əkizlərin anası Rəmziyyə Cəfərovanın sözlərinə görə, əməliyyat üçün 35 000 dollar vəsait tələb olunur.
Dörd uşaq anası olan Rəmziyyə xanım bildirir ki, hazırda Həsən və Hüseynin vəziyyəti ağır qiymətləndirilir. Əkizlərin müalicə xərclərinin ödənilməsi üçün banka müraciət edilərək kredit vəsaiti əldə etdiklərini deyən Rəmziyyə xanım vəsaitin geri ödənişində çətinlik çəkdiklərini və gecikmələrin olduğunu qeyd edib.
2016-cı il təvəllüdlü Həsən və Hüseyn Cəfərovlara yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin xəstəliyi, anadangəlmə ürək qüsuru diaqnozu qoyulub.
Bildirək ki, ilkin tibbi müayinələrin aparılmasını təşkil etmək və həmin uşaqlara lazım olan tibbi xidmətlərin icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınıb-alınmamasını müəyyən etmək məqsədi ilə onlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə avqust ayının sonunda tibbi müayinəyə dəvət olunublar. Lakin uşaqların valideynləri təklifi qəbul etməyib və təyin olunmuş vaxtda müayinə üçün tibb müəssisəsinə gəlməyiblər.
Qeyd edək ki, agentlik hər zaman bu cür paylaşımlara həssaslıqla yanaşır və tibbi xidmətə ehtiyacı olan şəxslərə köməklik etmək məqsədi ilə onların lazımi müayinələrə cəlb olunmasını təşkil edir. Müayinələr nəticəsində göstərilməsi tələb olunan tibbi xidmətlərin Xidmətlər Zərfi ilə təminata alınıb-alınmadığı müəyyənləşdirilir. Tibbi xidmət Xidmətlər Zərfinə daxildirsə, həmin şəxsin müalicəsi icbari tibbi sığorta çərçivəsində qarşılanır.
Ailəyə dəstək olmaq üçün qeyd edilən əlaqə vasitələri ilə ətraflı məlumat ala və ya kart hesabı ilə birbaşa maddi yardım göstərə bilərsiniz.
Kart hesabı Rəmziyyə Cəfərovanın adınadır.
Əlaqə telefonu (+994) 55 842 68 48