"Nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə ardıcıl tədbirlər görülür".
Oxu.Az xəbər verir ki, bunu "Güc Biznesdədir - DAYAQ" mükafatının təqdimat mərasimində çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O bildirib ki, hazırda Əmək Məcəlləsinə təklif olunan geniş dəyişikliklər Milli Məclisdə müzakirə olunur:
"Bu dəyişikliklərə əsasən, məsafədən (distant) işin tənzimlənməsi, bərabər dəyərli əməyə görə eyni əməkhaqqının ödənilməsi, ailə öhdəlikləri olan işçilərə və qadınlara münasibətdə ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı bir sıra əlavə müddəaların təsbit edilməsi nəzərdə tutulur".
Aygün Mirakif