Braziliya Senatı keçmiş prezident Jair Bolsonarunun 27 illik həbs cəzasını xeyli azaldacaq qanun layihəsini təsdiqləyib.
Oxu.Az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, müxalifətin dəstəklədiyi təşəbbüs çevrilişə cəhddə ittiham olunanlara şamil edilir.
Agentliyin məlumatına görə, yeni qanun layihəsi demokratik sistemə qarşı cinayətlərə görə cəzaların yenidən nəzərdən keçirilməsini nəzərdə tutur.
Qanun layihəsinin parlamentin yuxarı palatası tərəfindən təsdiqlənməsi onun yekun qəbuluna yol açır, lakin Ali Məhkəmədən və hazırkı prezident Luis İnasiu Lula da Silvanın buna müqavimət göstərəcəyi gözlənilir.
Düzəlişlər, xüsusən də, 2023-cü ilin yanvarında baş verən iğtişaşlarda iştirak etməkdə və çevriliş planlaşdırmaqda ittiham olunanlar üçün saxlanma şəraitinin və həbs müddətinin yüngülləşdirilməsini təklif edir. Bolsonaru tərəfdarları hökmün siyasi motivli olduğunu bildirir və ümid edirlər ki, qanun 70 yaşlı siyasətçinin daha tez azadlığa çıxmasına imkan verəcək.
Sentyabr ayında məhkəmə keçmiş prezidenti çevrilişə görə 27 il üç ay həbs cəzasına məhkum edib. Həkimlər daha sonra onda xərçəng xəstəliyi aşkarlayıblar.