Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Anar Məmmədxanov - 44 - VİDEO
Anar Məmmədxanov 1970-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib.
Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə ordan məzun olub. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.
Bitərəf kimi birinci, ikinci və üçüncü çağırış (1995, 2000, 2005) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Anar Məmmədxanov 2011-ci il aprelin 23-də qəfil ürək tutması nəticəsində vəfat edib.
Evli idi, 3 övladı yadigar qalıb.
Allah Rəhmət Eləsin !!!
---

Oxu.Az
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR