"WUF13-ün Bakı Standartlarından ibarət məlumat xarakterli sənəd hazırlanaraq gələcək təşkilatçılara təqdim olunacaq".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində keçirilən görüşlərin yekun sessiyasında deyib.
O xatırladıb ki, növbəti sessiya Mexikoda keçiriləcək:
"Bu kontekstdə Mexiko ilə bu standartları bölüşə bilərik. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda böyük bərpa-quruculuq işləri aparır".
Qaynar xətt:
(055) 224 12 12