Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
AQTA-ya qeydiyyatla bağlı daxil olan müraciətlərin sayı açıqlandı
2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı ümumilikdə 4643 müraciət daxil olub.
Bu barədə agentliyin mətbuat katibi Aysel Fərziyeva Oxu.Az-a açıqlamasında bildirib.
Qeyd edib ki, müraciətlərdən 147-si “ilkin istehsal”, 553-ü “istehsal (emal)”, 17-si “qablaşdırma”, 27-si “saxlanma”, üçü “daşınma”, 441-i “topdan satış”, 2636-sı “pərakəndə satış” və 819-u “ictimai iaşə” fəaliyyət istiqaməti ilə bağlı olub.
Sözügedən müddət ərzində 52 subyektdə qida təhlükəsizliyinə dair texniki-normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edildiyindən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub və sahibkarlıq subyektlərində sağlamlaşdırma tədbirləri həyata keçirilib.
Qeydiyyatından imtina edilmiş 32 subyektin fəaliyyətinin sağlamlaşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri texniki və metodoloji dəstək göstərilib və aparılan təkrar yoxlamaların nəticələrinə əsasən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı müvafiq qərar qəbul edilib.
Qurum rəsmisinin sözlərinə görə, mayın 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və reyestrə daxil edilməsi onlayn qaydada həyata keçiriləcək.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı
- Azərbaycanda bəzi qənd məhsullarında nöqsanlar aşkarlandı
- Çoxlu sayda məhsulda GMO aşkarlandı: AQTA nəzarət tədbirlərini gücləndirdi
- Azərbaycana beş xarici şirkətin quş əti məhsullarının gətirilməsinə məhdudiyyət QOYULDU
- Marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
Rəylər