Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Araz çayında suyun səviyyəsi artıb
Araz çayının yuxarı axarında suyun səviyyəsi 41 sm artıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avtomat hidroloji stansiyaların aprelin 26-sı saat 9:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb.
Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 31 sm, Əyriçay-Ağyazıda 9 sm, Qudyalçay-Qımılda 4 sm, Katexçay-Qəbizdərədə 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlıda 11 sm, Bərgüşadçay-Əliquluuşağıda 10 sm artım qeydə alınıb.
"Hava proqnozu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar