“Active Moms Club” analar cəmiyyətinin “ARTmosfer” adlı yeni layihəsinin təqdimatı keçirilib. Yaradıcı görüşü 30-a yaxın insan - nənə, ana və uşaqlar ziyarət etdi. Hər bir iştirakçı özü barədə məlumat verib, əl işlərini nümayiş etdirdi.
Oxu.Az xəbər verir ki, layihənin təqdimatında, həmçinin “Bumblebee Kids Club” mərkəzinin ustaları tərəfindən Yeni il oyuncaqlarının hazırlanması istiqamətində “master klass” keçirildi.
“ARTmosfer” - öz əl işlərinin reallaşdırılmasında müsbət emosiyaları almaq üçün vacib resursdur.
Layihənin əsas məqsədi yaradıcı insanları tapmaq, onları birləşdirmək, birlikdə tədbirlər təşkil edərək irəliyə getməkdir. Layihəyə qatılanlar sərgilərdə, bayram yarmarkalarında iştirak etmək üçün fürsət qazanır.
Qafqaz regionunda ən böyük sərgi və konfransların təşkilatçısı olan “Iteca Caspian” şirkətinin “Active Moms Club” analar cəmiyyətinə təklif etdiyi əməkdaşlıq çərçivəsində, “ARTmosfer” layihəsinin iştirakçıları öz əl işlərini gələn yaz EXPO mərkəzdə keçiriləcək sərgidə nümayiş edə biləcəklər.
Analar cəmiyyəti haqqında:
Bakıda anaları birləşdirən yeganə cəmiyyət - “Active Moms Club” hər ay müxtəlif səpkidə tədbirlər keçirir. 2014-cü il yanvar ayında “Facebook” sosial şəbəkəsində gənc analarla təcrübə mübadiləsi və ünsiyyət üçün yaradılan faydalı qrup hal-hazırda öz ətrafında təxminin 4000 insanı birləşdirir.
Əlaqə nömrəsi: (050) 365 45 71.
Qapalı qrup: https://www.facebook.com/groups/activemomsclub/
Şəxsi səhifə https://www.facebook.com/ActiveMomsClub/
https://www.instagram.com/activemomsclubbaku/
Təklif və istəklərinizi elektron ünvanımıza göndərə bilərsiniz: info@activemoms.club.
A.S.
www.oxu.az