"Arzum 9999" ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın məhkəmə prosesi yekunlaşıb.
Məhkəmənin hökmü ilə o, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Qərar elan olunduqdan sonra sosial şəbəkələrdə hökm geniş müzakirələrə səbəb olub. Vətəndaşların əksəriyyəti məhkəmənin qərarı ilə razı olmadığını bildirib.
Baku TV məsələ ilə bağlı sürücülərin də fikirlərini öyrənib.
"Fikrimcə, bu, ədalətsiz qərardır. Çünki xanım sola dönmə işığını yandırmışdı. Digər sürücü isə sürət həddini aşmışdı. Hər bir halda həmin sürət qəzanın baş verməsinə səbəb olacaqdı", - deyə sürücülərdən biri bildirib.
"Ədalətli olmaq lazımdır. Xanımdır, ya kişidir, fərqi yoxdur. Həlak olan sürücünün sürəti həddindən artıq yüksək idi", - deyə digər sürücü qeyd edib.