Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Aşağı Güzdək qəsəbəsindəki acınacaqlı vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
“Abşeron rayonunun bütün kənd və qəsəbələrində olduğu kimi Aşağı Güzdək qəsəbəsindəki daxili küçələrin abadlaşdırılması, gecə işıqlandırılması ilə təmin edilməsi məsələləri Abşeron Rayon İcra Hakimiyyətinin və yerli bələdiyyələrin nəzarətində saxlanılır”.
Bunu Oxu.Az-a açıqlamasında Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi Seymur Qasımbəyli deyib.
O, qeyd edib ki, ötən il ərzində qəsəbənin 21 küçəsi abadlaşdırılıb, daha iki küçəsi isə Abşeron RİH-in müraciəti əsasında gecə işıqlandırılması ilə təmin olunub:
“Qeyd edək ki, vətəndaşların şikayət etdiyi Aşağı Güzdək qəsəbəsi ərazisindəki Seyid Əzim Şirvani küçəsinə (“Kərpic zavodu” adlanan ərazi) ötən il ərzində 20 yük maşını həcmində çınqıl daş tökülərək yayılıb. Növbəti dəfə çınqıl tökülməsi nəzərdə tutulsa da, buna ərazidə yaşayan sakinlər narazılıq ediblər, küçəyə asfalt örtüyünün çəkilməsi tələb olunub.
Yerli özünüidarəetmə orqanlarının büdcələri sakinlər tərəfindən verilən vergilər əsasında formalaşdığından hazırda Aşağı Güzdək bələdiyyəsinin mövcud büdcəsi əraziyə asfalt örtüyünün çəkilməsinə imkan vermir. Buna baxmayaraq, Seyid Əzim Şirvani küçəsinin asfaltlanmasına köməklik göstərilməsi ilə bağlı Abşeron RİH tərəfindən aidiyyəti orqanlara müraciət olunub, eyni zamanda, adıçəkilən küçənin cari il ərzində gecə işıqlandırılması ilə təmin olunması nəzərdə tutulub.
Qeyd edilən ərazidə məktəb tikintisi ilə bağlı tərəfimizdən aidiyyəti qurumlara müraciət edilib və ərazi ilə bağlı təkliflərimiz təqdim olunub”.
12:56
Abşeron rayonu Aşağı Güzdək qəsəbəsinin sakinləri bir çox problemləri ilə bağlı şikayətlərinə cavab almadıqlarından gileylənirlər.
Qəsəbə sakini Fariz Səftərov şikayətlərini Oxu.Az-ın redaksiyasına ünvanlayıb.
Sakin qəsəbə ərazisində acınacaqlı vəziyyətin hökm sürdüyünü bildirib:
“12 ildir ki, bu qəsəbədə yaşayıram. Acınacaqlı hal hökm sürür. “Kərpic zavod” deyilən ərazidə ümumiyyətlə yol və məktəb yoxdur. Aşağı Güzdək böyük qəsəbədir. Evlər çoxdur, günü-gündən də artır. Lakin yol bərbad vəziyyətdədir. Bu boyda ərazidə məktəb yoxdur. Uşaqları məktəbə qonşu qəsəbələrə aparırıq.
Ümumiyyətlə, yol pis gündədir. Yerimək mümkün deyil. Maşınla gedə bilirsənsə, gedirsən. İllərdir bu şərait hökm sürür. 12 ildir burada yaşayıram. Eyni vəziyyətdir. Su, qaz, işıq yaxşıdır. Yol bərbad vəziyyətdədir. Çox şikayət etmişik, nəticə yoxdur”.
Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Eyvanda paltarını təmizləyən 69 yaşlı kişi faciəli şəkildə öldü
- Bakıda "nəzirpaylayan" "seyid" həbs edildi - TƏFƏRRÜAT
- Xırdalanda gənc qız yaşadığı evdə özünü ÖLDÜRDÜ
- Özünə antibiotik vuran qadın ÖLDÜ - TƏFƏRRÜAT
- İmişli və Abşeronda təbiətə yarım milyon manatdan çox zərər vurulub - Cinayət işi başlandı