Azərbaycanın Astara rayonunda partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə ANS PRESS-ə rayon sakinləri bildiriblər.
Məlumata görə, partlayış hadisəsi Astara rayonunun Pensər kəndində baş verib.
Kafedə qaz balonunun partlaması böyük yanğına səbəb olub.
FHN-nin yanğınsöndürənləri partlayış nəticəsində yaranmış yanğının qarşısını alıblar. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.