Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
“Atam niyyət etdi, adım Fərrux dağının şərəfinə qoyuldu, ad günümdə azad olundu” - VİDEO
“Atam Birinci Qarabağ müharibəsində Fərrux dağındakı ağır döyüşlərdə niyyət edib ki, sağ qalsa, adımı Fərrux qoyacaq”.
Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində sosial şəbəkədəki paylaşımı ilə gündəm olan IT layihə meneceri Fərrux Məhərrəmli deyib.
O qeyd edib ki, Fərrux yüksəkliyinin doğum günündə azad olunması gözlənilməz olub və xəbəri də elə ona atası verib.
Fərrux Məhərrəmlinin özü də Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Füzuli, Cəbrayıl və Şuşanın azad olunması uğrunda döyüşüb.
Müxtəlif dövlət qurumlarında çalışan Fərruxun “ƏDV geri al” layihəsinin həyata keçirilməsində də böyük rolu olub.
Daha ətraflı sujetdə:

"Cəbrayıl" teqi üzrə xəbərlər
- AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edib
- "Meydan" TV işi üzrə saxlanılan Nurlan Librenin həbs müddəti uzadılıb
- İsveçrə klubunun futbolçusu Azərbaycan millisinə dəvət olundu
- Səhiyyə Nazirliyi tərəfindən Cəbrayılda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir
- Daxili Qoşunların yaranmasından 33 il ötür