Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Aviaqəzada həlak olan Əli Əlimirzəyev Qusarda dəfn olunub
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 2002-ci il təvəllüdlü Əli Əlimirzəyevlə Qusar rayonunun Suduroba kəndində vida mərasimi keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, vida mərasimindən sonra Ə.Əlimirzəyevin nəşi Qusar rayonunun Suduroba kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Ə.Əlirzayevin doğmaları, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin əməkdaşları ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, sözügedən təyyarə qəzasında Əli ilə birlikdə onun bacısı, 2005-ci il təvəllüdlü Xədicə də həyatını itirib. X.Əlimirzəyevanın nəşi dakabrın 27-də Suduroba kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını obyektiv araşdırmağa çağırır