"İnamla söyləmək olar ki, "Konstitusiya və Suverenlik İli" milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə töhfə verərək, ölkə vətəndaşlarının ümumi dəyərlər və gələcəyə birgə baxış əsasında daha sıx birləşməsinə kömək göstərəcək".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında spiker Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, ölkəmiz tarixi mirasına, ötən dövrdə əldə etdiyi nailiyyətlərə əsaslanaraq, qlobal çağırışlara cavab vermək əzmini nümayiş etdirəcək:
"Bununla yanaşı, Azərbaycanın Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə bağlılığı beynəlxalq birliyin məsuliyyətli və tərəqqipərvər üzvü kimi onun nüfuzunu daha da yüksəldəcək".
Mərahim Nəsib