“Avropa şəhərciyi” may ayının 31-i səhər saat 11.00-dan Qoşa Qala qapılarının qarşısında açılıb.
Burada Avropa İttifaqı nümayəndələrinin və Avropanın ayrı-ayrı ölkələrinin stendləri təqdim edilib. Bu stendlərdə Avropa İttifaqının Azərbaycanda realizə etdiyi çoxsaylı layihələr nümayiş etdirilib.
Stendlərdə qonaqlar Avropa mətbəxinin ənənəvi yeməklərini dada bilər, Aİ ölkələrinin mədəniyyəti ilə tanış ola bilər, eyni zamanda müxtəlif məzəli şəkillər çəkdirə və hətta Avropa pasportu ala bilərlər.
Oxu.Az oxuculara bu tədbirdən çəkilmiş fotoreportajı təqdim edir: