107.7 - “AvtoFM” radiosu “Fokus” adlı yeni sosial çarx hazırlayıb.
Oxu.Az xəbər verir ki, çarxın hazırlanmasında əsas məqsəd vətəndaşları yerüstü piyada keçidindən istifadə edərkən qulaqcıqdan imtina etməyə yönəltməkdir.
Çarxda yolda qulaqcıqla hərəkət edən piyadanın faciə ilə qarşılaşa biləcəyindən söhbət açılır.
Qeyd edək ki, sosial çarxda Azərbaycan radio məkanında ilk dəfə olaraq 3D effektindən istifadə edilib. Belə ki, sosial çarxı qulaqcıqla dinləyən zaman qeyri-adi effektdən fərqi hiss etmək olur.
Əlavə olaraq bildirək ki, Azərbaycanın ən məşhur radiolarından olan 107.7 - “AvtoFM” radiosu daim sağlamlıqla və yol təhlükəsizliyi ilə bağlı sosial layihələr həyata keçirir.
Elvin Əhmədov
www.oxu.az