Göyçay rayonunda avtomobildə baş verən tüstülənmə yol polisi əməkdaşları tərəfindən söndürülüb.
APA-nın xəbərinə görə rayon sakini Fuad Qasımov idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə Göyçay şəhərinin Natəvan küçəsindəki 13 saylı uşaq bağçasının qarşısına gəlib.
O, uşağı bağçadan götürən zaman avtomobilin mühərrikində yanğın baş verdiyini görüb və yaxınlıqda olan Göyçay Rayon Polis Şöbəsinin yol polisi bölməsinin əməkdaşları dərhal hadisə yerinə gələrək yanğına müdaxilə ediblər. Onlar alovu söndürərək avtomobilin yanmasının qarşısını alıblar.