Bakıda avtomobillərdən oğurluq edən şəxs yaxalanıb.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 16-da rayon ərazisində iki avtomobildən qızıl boyunbağı, mobil telefon və konyak oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Cəlilov saxlanılıb.