Bakı şəhərinin Babək prospektinin intensiv hissəsində piyadalar üçün keçidin olmaması sakinlərə təhlükəli vəziyyət yaradır.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hər gün yüzlərlə sakin həmin yolu qorxaraq keçir.
Avtomobillərin intensiv hərəkət etdiyi yolda piyada keçidi yoxdur - VİDEO
Onların sözlərinə görə, piyada keçidinin olmaması səbəbindən burada dəfələrlə qəza baş verib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən ərazidə yolun eni 14 metrdən çoxdur və qanunvericiliyə uyğun olaraq burada piyada keçidinin quraşdırılması düzgün hesab edilmir.
Qaynar xətt:
(055) 224 12 12