Qusar küçələrində sərxoş halda “avtoş”luq edərək yol polislərinin qanuni tələblərini pozan Quba sakini saxlanılıb. 25 yaşlı Amil Zeynalovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə “at oynatma”sı ona baha başa gəlib.
Oxu.Az-ın xəbərinə görə, saxlanılan şəxs ANS PRESS-in bölgə müxbirinə bildirib ki, əməlindən peşmandır: “Bundan sonra içkili sürmərəm. Spirtli içki də qəbul etməyəcəyəm. Kişi kimi söz verirəm”.
Amil Zeynalov bundan sonra uzun müddət avtomobil idarə edə bilməyəcək. Çünki Qusar rayon Məhkəməsinin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə əlindən alınıb. Üstəlik İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə 20 sutka müddətinə də azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Qusar rayon polis şöbəsinin araşdırmalarına görə, baş verən qəzaların 42 faizi məhz yüksək sürət və maşını sərxoş halda idəraetmə səbəbindən olur.
E.Ə.
www.oxu.az