"27 sentyabr bizi Zəfərə və bugünkü nailiyyətlərimizə aparan yolun başlanğıcı idi".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatı nəticəsində 44 gün ərzində torpaqlarımız işğaldan azad olundu:
"Bundan sonra Azərbaycanın həm regionda, həm də dünyada nüfuzu daha da artdı. Ölkəmiz yeni bir reallıq yaratdı, ədaləti bərpa etdi və BMT-nin icra edilməyən dörd qətnaməsini icra etmiş oldu. Bununla Azərbaycan sübut etdi ki, işğalın sonu yoxdur.
Ermənistanın kapitulyasiya aktına imza atması isə Azərbaycanı dünyada qalib ölkə kimi tanıtdı. Qələbəmizin əldə olunması Ali Baş Komandanımız və ordumuzun rəşadəti, şəhidlərimizin şücaəti sayəsində oldu. Xalqımıza daha böyük uğurlar arzu edirəm".
Məhərrəm Əliyev