27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyində "Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər" adlı sərgi və anım mərasimi təşkil olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda qeyd olunub ki, tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
27 sentyabr - Anım Günü ilə bağlı Səfirliyimizdə təşkil olunmuş “Vətənə bağışlanan ömür. Tarix yazan Şəhidlər” adlı sərgi və anım mərasimində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla… pic.twitter.com/LpTbd4aNws
— Azerbaijan Emb.🇦🇿 to Iran (@AzEmbIran) September 27, 2026