Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Aygün Attar: "Azərbaycan təyyarə qəzası ilə bağlı çox təmkinli davrandı"
"Azərbaycan təyyarə qəzası ilə bağlı çox təmkinli davrandı, spekulyasiyalara məhəl qoymadı".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri, professor Aygün Attar "Haber Global"ın efirində deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan dövlət başçısı İlham Əliyevə zəngi sadəcə üzrxahlıq zəngi deyil.
"Bu həm də Kremlin təyyarə qazasının araşdırılması ilə bağlı prosedurların lazımi qaydada və sonadək icra olunacağına dair bir vəddir", - deyə professor bildirib.
O, bu məsələdə, 44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycan dövləti və xalqının sarsılmaz birlik nümayiş etdirdiyini vurğulayıb.
"Aygün Attar" teqi üzrə xəbərlər
- Aygün Attardan erməniəsilli siyasətçiyə sərt cavab
- Aygün Attar: "Rusiya tərəfindən etiraf gəlməsə, Azərbaycan tərəfi zəruri addımları atacaq"
- Aygün Attar: "Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır"
- "Acıların qadını"na azərbaycanlı alimdən ŞİLLƏ kimi SÖZLƏR - sübut etməyə hazıram...
Rəylər