Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Professor Aygün Attar Prezident İlham Əliyevin Türkiyə mesajlarını şərh etdi
Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Türkiyə və İsrail münasibətlərinə toxunub, iki ölkənin ilk dəfə barışmasında Azərbaycanın vasitəçilik etdiyini vurğulayıb.
Oxu.Az-ın məlumatına görə, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri, professor Aygün Attar "Haber Global"ın efirində dövlət başçısının çıxışını şərh edib.
Prezident İlham Əliyevin İsrail və Türkiyə arasındakı böhran dövründə arxa planda diplomatik uğur əldə etdiyini bildirdiyini qeyd edən Attar, dövlət başçısının "Bunun reklamını etmədik, üzərimizə düşən vəzifəni yerinə yetirdik" şəklindəki sözlərinə istinad edib.
Həmçinin prezidentin Azərbaycanın xarici siyasətdə müttəfiqlik əlaqələrini güclü şəkildə vurğuladığını və bu prosesin sülhpərvər bir mövqe ilə həyata keçirildiyini ifadə edib. O, İlham Əliyevin Şuşa Bəyannaməsini və müttəfiqlik ifadələrini xüsusilə vurğulayaraq, iki ölkə arasındakı güclü bağları möhkəmləndirdiyini qeyd edib.
Attarın sözlərinə görə, Azərbaycan bu məsələdə sülhpərvər mövqeyini qoruyub saxlayır.
Ətraflı süjetdə:
"Aygün Attar" teqi üzrə xəbərlər
- Aygün Attar: "Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrini poza bilməyəcəklər"
- Aygün Attardan erməniəsilli siyasətçiyə sərt cavab
- Aygün Attar: "Rusiya tərəfindən etiraf gəlməsə, Azərbaycan tərəfi zəruri addımları atacaq"
- Aygün Attar: "Azərbaycan təyyarə qəzası ilə bağlı çox təmkinli davrandı"
- Aygün Attar: "Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır"