Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
AYNA: “Bayram günlərində regionlara 2600-dən çox reys həyata keçirilib”
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalardan bayram ərəfəsində və bayram günlərində 2 681 reys həyata keçirilib, 72615 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
“Dekabrın 28-dən yanvarın 7-nə bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb, 300-dən artıq əlavə reys təşkil olunub”, - məlumatda deyilir.
AYNA-dan bildirilib ki, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub: “Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Dekabrın 28-dən yanvarın 7-nə kimi 14 min 391 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb”.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Azərbaycanda taksi şirkəti və direktoru cərimələnib
- Sürücülərin NƏZƏRİNƏ - Avtobus zolaqları ilə bağlı YENİLİK tətbiq olunur
- Sürücülərin NƏZƏRİNƏ - Bakının mərkəzində sərnişinlər üçün "drop-off" məntəqəsi yaradıldı
- İki gündə Bakını 20 min adam tərk etdi
- "AzParkinq" gecə saatlarında niyə avtomatik sönmür? - Rəsmi açıqlama